Menyu

Pakistan Prezidenti Çinə səfər edəcək

Xəbərlər redaksiyası
Pakistan Prezidenti Çinə səfər edəcək

Pakistan Prezidenti Asif Əli Zərdari aprelin 25-dən mayın 1-dək Çinə rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Prezident aprelin 25-dən 27-dək Çanşa şəhərinə (Xunan əyaləti) səfər edəcək, daha sonra isə aprelin 28-dən mayın 1-dək qalacağı Sanya şəhərinə (Xaynan əyaləti) yollanacaq.

Səfər zamanı əyalət rəhbərlikləri ilə görüşlər planlaşdırılıb. Bu görüşlərdə tərəflər iqtisadi və ticarət əməkdaşlığına, həmçinin Çin-Pakistan İqtisadi Dəhlizinin (China-Pakistan Economic Corridor) reallaşdırılmasına xüsusi diqqət yetirərək Pakistan və Çin arasındakı ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Əlaqəli Xəbərlər