Menyu

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Operativ Media
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi İranla əlaqələri olduğu ehtimal edilən 20 şirkət və 19 gəmini sanksiya siyahısına daxil edib.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin nəzdindəki Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Yenilənmiş siyahıya aralarında Britaniyanın Virgin adaları, Vyetnam, Honkonq, Kayman adaları, Çin, Liberiya, Marşal adaları, BƏƏ və Panama da olan bir sıra dövlət və yurisdiksiyalarda qeydiyyatdan keçmiş hüquqi şəxslər daxil edilib.

Bu həftənin əvvəlində idarə səkkiz İran vətəndaşına, eləcə də İslam Respublikası və BƏƏ-dən olan dörd şirkətə, həmçinin "Mahan Air" aviaşirkətinin iki "Boeing 777-200ER" təyyarəsinə qarşı sanksiyalar tətbiq edib.

Əlaqəli Xəbərlər