Ana səhifə / Dünya / "Tesla" "Cybercab"ın istehsalına başlayıb "Tesla" "Cybercab"ın istehsalına başlayıb 24.04.2026, 22:45 Operativ Media "Tesla" şirkəti sükan və pedalları olmayan, tam avtonom idarə olunan iki nəfərlik "Cybercab" elektromobilinin istehsalına başladığını açıqlayıb.Operativ Media xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru İlon Mask "X" sosial şəbəkəsində məlumat verib.“Cybercab" istehsala başladı”, – deyə Mask bildirib.Beləliklə, milyarder 2024-cü ildə verdiyi vədi yerinə yetirərək, "Cybercab" modelinin istehsalına 2026-cı ilin ikinci rübündə start verib.