Netanyahu: Hizbullah atəşkəsi pozmağa çalışır
ABŞ Prezidenti Donald Trampın İsrail və Hizbullah arasında atəşkəsin üç həftəlik uzadıldığını elan etməsindən bir gün sonra İsrail tərəfi yeni iddialarla çıxış edib.
Operativ Media xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Hizbullah atəşkəsi pozmağa cəhd göstərir.
Onun sözlərinə görə, İsrail Livanla “tarixi sülh” prosesinə doğru addımlar atır, lakin bu prosesə maneələr yaradılır.
Netanyahu qeyd edib ki, İsrail hər hansı təhdidə qarşı tam hərəkət azadlığını saxlayır və bu çərçivədə zərbələr endirildiyini vurğulayıb:
“Xalqımızın təhlükəsizliyini bərpa etmək əzmindəyik. Yaxın Şərqin simasını dəyişdirməyə davam edirik”.
O, həmçinin Donald Trampla telefon danışığının baş tutduğunu bildirib və ABŞ-ın İrana qarşı həm iqtisadi, həm də hərbi təzyiqləri gücləndirdiyini qeyd edib.
Netanyahu ABŞ ilə əməkdaşlığın davam etdiyini də vurğulayıb.