Menyu

Borcu olanların nəzərinə: debet kartınızdan tutulacaq - YENİ QƏRAR

Operativ Media
Borcu olanların nəzərinə: debet kartınızdan tutulacaq - YENİ QƏRAR

“Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik kifayət qədər vacib məsələdir və borcu ödənilməsi üçün icra məmurunun səlahiyyətlərini genişləndirir.

Operativ Media xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Araz Nurməmmədov deyib.

O, dəyişikliyin əsas səbəblərini açıqlayıb: “Dəyişikliyin əsası ondan ibarətdir ki, əvvəllər icra məmurları şəxsin əməkhaqqısından və yaxud da pensiyasından tutmaqla gəlirini realiz edə bilirdi, yəni digər şəxsin hesbına yönəldə bilirdi və yaxud borcunu tuta bilirdi. İndi isə onun debet kartlarından da tutulmalar olacaq. Misal üçün şəxsin debet kartında 1000-2000 manat var və əvvəl icra məmuru buna müdaxilə edə bilmirdi. Dəyişiklikdən sonra isə müdaxilə edə biləcək, həmin hesaba sərəncam qoyacaq və pul onun hesabından borcuna silinəcək”.

“Bir də hüquqi şəxslərlə bağlı rəhbərin məsuliyyət məsələsi var. Çünki hüquqi şəxslərlə bağlı kifayət qədər icra olunmamış məhkəmə qərarları mövcuddur. Müflis olmuş hüquqi şəxslər var. Hansı ki, onun icra orqanının rəhbəri məsuliyyətdə olmurdu. Amma indiki vəziyyətdə hüquqi şəxsin rəhbərinin də məsuliyyətə cəlb olunması, onun əmlakının da hüquqi şəxsə görə məsul olunması nəzərdə tutulur ki, bu da kifayət qədər vacibdir. Hüquqi şəxslərlə bağlı yüksək məbləğlərdə olan işlər var. Misal üçün, şirkət məhv olub gedib, amma hüquqi şəxsin rəhbəri olduğu kimi qalır, onu işə cəlb edən yoxdur. Bundan sonra cəlb olunacaq. Çünki yaranmış borc olduğuna görə hüquqi şəxsin rəhbəri də orada məsuliyyətli olacaq. Bu da kifayət qədər vacib bir haldır”, - hüquqşünas söyləyib.

Qeyd edək ki, qanuna dəyişiklik Milli Məclisin aprelin 21-də keçirilən plenar iclasında bir oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər