Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib
Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, 2026-cı il 21 aprel tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.
Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.