Azərbaycan və Özbəkistan arasında yeni iqtisadi təşəbbüslər müzakirə olunub
Operativ Media
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Azərbaycan - Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, dostum və həmkarım Laziz Kudratovu ölkəmizdə qarşılamaqdan məmnun olduq".
Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də etdiyi paylaşımda bildirib.
"Ölkələrimizin strateji tərəfdaşlığını, dinamik #iqtisadi inteqrasiyanı və yeni təşəbbüsləri vurğuladıq.
Qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - nazir qeyd edib.