Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı 71%-i ötüb
Operativ Media
2026-cı ilin birinci rübündə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində əsas pay ABŞ dollarına aid olub.
Operativ Media xəbər verir ki, 73 milyard 515,2 milyon ABŞ dolları olan portfelin 52 milyard 238,7 milyon dolları bu valyutada yerləşdirilmiş vəsaitlərdir. Bu da portfelin 71,1 faizi deməkdir.
Portfeldə avronun payı 10 milyard 845,5 milyon (16,9%), ingilis funt sterlinqinin 2 milyard 660,3 milyon (4,8%), Çin yuanının 11 milyard 515,6 milyon (2,3%), yapon yeninin 154 milyard 867,4 milyon (1,3%), digər valyutaların isə 2 milyard 690,1 milyon dollar (3,6%) olub.