Ana səhifə / İqtisadiyyat / ARDNF I rübdə 22 ton qızıl satıb ARDNF I rübdə 22 ton qızıl satıb 23.04.2026, 14:58 Operativ Media Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 22,1 ton qızıl satıb və qızıl ehtiyatlarını 178,1 tona endirib. Operativ Media bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 35,6 % olub ki, bu da 1 il əvvələ nisbətən 9,8 faiz bəndi azdır.