Menyu

"Dərinsulu Günəşli" platformasından hasil edilən neft və qazın həcmi açıqlanıb

Operativ Media
"Dərinsulu Günəşli" platformasından hasil edilən neft və qazın həcmi açıqlanıb

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsinin 3-cü fazası olan "Dərinsulu Günəşli" platformasının istifadəyə verilməsindən 18 il ötür.

Bu barədə Operativ Media-ya Energetika Nazirliyindən bildirilib.

Məlumata əsasən, platformadan istismara verildiyi tarixdən indiyədək 91,5 milyon ton neft, 19,6 milyard kubmetr qaz hasil edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %), INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Əlaqəli Xəbərlər