Bolqarıstan Azərbaycandan xam neft tədarükünü artırıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 67,8 milyon ABŞ dolları dəyərində 130,8 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 40,7 faiz, həcm baxımından isə 65 faiz üstələyir.
Ümumilikdə cari ilin ilk rübündə ölkədən 2,5 milyard dollar dəyərində 5 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Bolqarıstan 7-ci yerdə qərarlaşıb və ixrac həcminin 2,57 faizi bu ölkənin payına düşüb.