Azərbaycanda tütün sahələrinin sığortalanması başlayıb
Operativ Media
Azərbaycanda tütün əkini sahələri üzrə sığorta müqavilələrinin imzalanması dövrü başlayıb.
Aqrar Sığorta Fondundan Operativ Media-ya verilən məlumata görə, hazırda tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edir. Aqrar sığorta bu fermerlərin gəlirlərini qorumağa imkan verir. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər.
Bundan başqa, tütün məhsulu dolu riski ilə yanaşı, doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır.