Azərbaycan yeyinti məhsullarının idxalına 600 milyon dollardan çox pul xərcləyib
Operativ Media
Azərbaycan bu ilin yanvar-mart aylarında 665,5 milyon dollar dəyərində yeyinti məhsulları idxal edib.
Operativ Media Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkənin yeyinti məhsulları idxalına çəkdiyi xərc ötən ilin eyni ayları ilə müqayisədə 5% çoxdur.
Əlavə edək ki, bu dövrdə yeyinti məhsulları idxalı Azərbaycanın ümumi idxalının 16,62%-ni təşkil edib