Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.
Operativ Media xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda Andorra yığması ilə qarşılaşıb.
Görüş millimizin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra Azərbaycan millisi xallarının sayını 9-a çatdırıb və qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 10, üçüncü sıradakı Şimali Makedoniyanın 3, dördüncü yerdəki Andorranın 1 xalı var.