"Neftçi"nin qapıçısı: "Topu yalnız qapı xəttini keçməyə az qalmış gördüm"
"Topu yalnız qapı xəttini keçməyə az qalmış gördüm".
Operativ Media xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı Kenan Piriç "Zirə" ilə oyunda baş verən mübahisəli qol epizodunu "9LuG" portalına açıqlamasında deyib.
O, "Zirə"nin futbolçusu Ruan Renatonun ona mane olduğunu qeyd edib.
"Videoyazıdan da göründüyü kimi, o, mənə əlbəttə ki, mane olurdu. Onun ucbatından nə zərbəni vuran oyunçunu, nə də topu görə bildim. Topu yalnız qapı xəttini keçməyə az qalmış gördüm. Bunu hakimə izah etməyə çalışsam da, hər şey faydasız idi".
Qeyd edək ki, "Zirə" - "Neftçi matçında ev sahibi komandanın vurduğu qol mübahisələrə səbəb olub. "Neftçi" tərəfi qol zamanı "Zirə"nin futbolçusunun aktiv ofsaydda olduğunu və qapıçının baxış bucağını bağladığını iddia edib. Hakim isə qolu qeydə alıb. Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.