KİV: İran Hörmüz boğazına hərbi nəzarəti bərpa edib
Operativ Media
İran ordusu Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa etdiyini bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahının rəsmi nümayəndəsi məlumat verib.
Bildirilib ki, strateji əhəmiyyətə malik boğaz hazırda silahlı qüvvələrin ciddi idarəçiliyi və nəzarəti altındadır.
Qərarın ABŞ tərəfindən dəfələrlə pozuntuların baş verməsi və “blokada adı altında piratçılıq” iddiaları ilə əsaslandırıldığı qeyd olunub.
Xatırladaq ki, aprelin 17-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq elan edildiyini bildirmiş və buna görə İran rəhbərliyinə təşəkkür etmişdi.