Ərdoğan və Kobaxidze arasında görüş olub
Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, tərəflər ölkələr arasında strateji tərəfdaşlığı müzakirə ediblər.
Antalyada keçirilən görüşdə İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan müxtəlif sahələrdə uğurlu əməkdaşlığı, regiondakı cari hadisələri, həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi layihələrinin həm regionun və Avropanın əlaqələndirilməsi, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətini müzakirə ediblər.
Kobaxidze 15 aprel tarixində Türkiyədə məktəbdə baş verən atışma nəticəsində yaranmış faciə ilə əlaqədar Ərdoğana başsağlığı verib.