Menyu

Siyasət Əsgərov: Andorra ilə oyuna tam hazırıq

Operativ Media
Siyasət Əsgərov: Andorra ilə oyuna tam hazırıq

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Operativ Media xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram”.

C liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də “Bank Respublika Arena”da keçiriləcək Azərbaycan – Andorra oyunu saat 17:00-da başlanacaq

Əlaqəli Xəbərlər