Avropa Çempionatı: Hidayət Heydərov 1/4 fonala yüksəldi - YENİLƏNİB
Operativ Media
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa Çempionatında 1/4 finala yüksəlib.
Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov kosovolu rəqibi Dardan Cenanı qızıl xal bölümündə yuko ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
***
11:29
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa Çempionatına qələbə ilə başlayıb.
Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət 1/16 final mərhələsində Yunanıstan təmsilçisi Konstantinos Tsaparasa ipponla qalib gəlib.
Hidayət Heydərov 1/8 finalda Kosovo idmançısı Dardan Cena ilə qarşılaşacaq.