Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Matteo Moretto məlumat yayıb.
29 yaşlı ispaniyalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, 2025/26 mövsümündə bütün turnirlərdə ümumilikdə 22 oyuna çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.
"Transfermarkt" portalı Sebalyosun bazar dəyərini 8 milyon avro məbləğində qiymətləndirir. Qeyd edək ki, yarımmüdafiəçi 2017-ci ildə "Betis"dən "Real Madrid"ə transfer olunub.