Qırğızıstanın XİN rəhbəri Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək
Şəfa Hüseynli
Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev Moskvada keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında və Orta Asiya-Rusiya nazirlər görüşündə iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.
Bildirilib ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında beynəlxalq gündəliyin cari məsələləri və MDB çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsinin aparılması, eləcə də Birliyin ali orqanlarına təqdim ediləcək sənədlərin qəbul edilməsi gözlənilir.