Avropa Çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı
Operativ Media
Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Operativ Media xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.
Daha əvvəl Əhməd Yusifov (60 kq) bürünc mükafata sahib çıxıb.