Menyu

"Milan" Füllkruqun transfer hüquqlarını almaqdan imtina etdi

Operativ Media
"Milan" Füllkruqun transfer hüquqlarını almaqdan imtina etdi

"Milan" klubu 2025/26 mövsümündə icarə əsasında çıxış edən "Vest Hem"in hücumçusu Niklas Füllkruqu komandada saxlamaq niyyətində deyil.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Milan" 33 yaşlı alman futbolçunun transfer hüquqlarını 5 milyon avroya birdəfəlik almaq bəndini aktivləşdirməyəcək. Eyni zamanda, "Vest Hem" də 2026-cı ilin yayında hücumçunun komandadan gedişini təmin etmək istəyir.

2026-cı ilin yanvarından "Milan"da çıxış edən Füllkrug, keçirdiyi 16 matçda cəmi bir qol vura bilib. Onun "Vest Hem"lə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədər davam edir. Hazırda "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 5 milyon avro qiymətində dəyərləndirir.

Əlaqəli Xəbərlər