Menyu

Şalva Papuaşvili Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri ilə beynəlxalq təhlükəsizlik problemlərini müzakirə edəcəyik

Şəfa Hüseynli
Şalva Papuaşvili Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri ilə beynəlxalq təhlükəsizlik problemlərini müzakirə edəcəyik

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili İstanbula səfəri zamanı regional parlamentlərin sədrləri ilə görüşlər keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib.

Papuaşvilinin sözlərinə görə, o, Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri ilə görüş keçirəcək və onlarla regionun əhəmiyyətini müzakirə edəcək.

“Əlbəttə ki, regional parlamentlərin sədrləri ilə görüşlər keçiriləcək. Bu gün mən Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri ilə görüşəcəyəm və daha geniş regionda gördüyümüz beynəlxalq təhlükəsizlik problemləri fonunda regionun əhəmiyyəti barədə danışacağıq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması, ikitərəfli münasibətlərin irəliləməsi bizə Şərqlə Qərb arasında körpü olan regionumuzun gələcəkdə öz funksiyasını davamlı olaraq yerinə yetirəcəyinə ümid verir”, - deyə Şalva Papuaşvili bildirib.


Əlaqəli Xəbərlər