Türkiyədə məktəblərdə baş verən silahlı hücumla əlaqədar 83 nəfər haqqında həbs qərarı çıxarılıb - YENİLƏNİB
Şəfa Hüseynli
Türkiyədə Şanlıurfa və Kahramanmaraşda məktəb hücumları ilə əlaqədar 83 nəfər haqqında həbs qərarı çıxarılıb.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, 940 sosial media hesabına giriş və 93 Telegram qrupu bağlanıb.
*** 08:40
Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyinə silahlı hücumla əlaqədar 16 şübhəli saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"14 aprel 2026-cı ildə Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 16 şübhəli saxlanılıb. Şübhəlilərə qarşı məhkəmə prosesi davam edir", - deyə açıqlamada bildirilir.