İsrail və Livan liderləri arasında danışıqlar bu gün baş tutacaq
Şəfa Hüseynli
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin bu gün danışıqlar aparacağını açıqlayıb.
Operativ Media xəbər verir ki, o, “Truth Social” səhifəsində yazıb: "İki ölkə liderinin sonuncu dəfə danışmasından uzun müddət keçib, daha dəqiq desək, 34 il. Bu, sabah baş verəcək. Əladır”.