Menyu

Avropa çempionatı: İlk gündə Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq

Operativ Media
Avropa çempionatı: İlk gündə Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatı start götürür.

Operativ Media xəbər verir ki, ilk yarış günündə Azərbaycan yığmasının 7 üzvü dörd çəki dərəcəsində tatamiyə çıxacaq.

Kişilər arasında -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/8 final mərhələsində Qal Blaziç (Sloveniya) – Andrea Karlino (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə Əhməd Yusifov isə Çarli Eyr (Böyük Britaniya) – Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq. -66 kq çəki dərəcəsində Turan Bayramov 1/16 finalda Nikolas Kuntse (Almaniya) ilə mübarizə aparacaq.

Qadınların yarışında -48 kq çəki dərəcəsində Könül Əliyeva 1/16 finalda Amber Gersyes (Niderland), Şəfəq Həmidova isə Erza Muminoviç (Kosovo) ilə qarşılaşacaq. -52 kq çəki dərəcəsində Leyla Əliyeva Nikolina Nişaviç (Serbiya), Gültac Məmmədəliyeva isə Karla Tavares Fernandeş (Lüksemburq) ilə mübarizəyə başlayacaq.

Təsnifat mərhələsinin görüşləri saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək. Yarışları Judo TV və CBC Sport kanalları vasitəsilə canlı izləmək mümkün olacaq.

Əlaqəli Xəbərlər