DMM: Məktəbdəki insidentlərlə bağlı dezinformasiyalar yayılır
Kahramanmaraşda silahlı hücum edən şəxsin polis tərəfindən məktəbdən sağ çıxarılması, Şanlıurfada isə təhsil müəssisəsinə hücum edənin hadisədən bir gün əvvəl həbs edilib azadlığa buraxılması barədə iddialar əsassızdır.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) paylaşım edib.
"Sözügedən paylaşımlar ictimaiyyət arasında xaos yaratmağı, qurumları hədəf almağı və dövlətə olan etimadı zəiflətməyə hesablanan təxribatdır", - deyə əlavə olunub.
Bildirilib ki, ictimai asayişi hədəf alaraq yalan məlumatlar yayan, dezinformasiya vasitəsilə xalqı kin və düşmənçiliyə sövq edən bu dairələrə qarşı hüquqi proseslər başladılıb:
"İctimaiyyətdən təxribatçı cəhdlərə qarşı yalnız rəsmi orqanlar tərəfindən verilən açıqlamaları nəzərə alması təkidlə xahiş olunur".