Netanyahu təhlükəsizlik kabinetinin iclasını çağırıb
Operativ Media
İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 15-də hökumətin təhlükəsizlik blokunun əsas nazirlərinin daxil olduğu təhlükəsizlik kabinetinin iclasını çağırıb.
Operativ Media xəbər verir ki, bu haqda İsrail hökumətindəki mənbə TASS-a bildirib.
“Deyə bilərəm ki, təhlükəsizlik kabineti bu gün iclas keçirəcək”, - o deyib.
“Ynet”in məlumatına görə, Kabinet Livanda atəşkəs təklifini nəzərdən keçirə bilər.