Menyu

Yevgeni Kukseviç: “Meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”

Operativ Media
Yevgeni Kukseviç: “Meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”

“Meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”.

Operativ Media xəbər verir ki, bunu bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı futzal millimizin baş məşqçisi Yevgeni Kukseviçin azfutzal.az-a açıqlamasında deyib.

O, komandanın oyunundan razı qaldığını bildirib.

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımızı deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır. Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”.

Əlaqəli Xəbərlər