Kahramanmaraşda məktəbdə baş verən silahlı insidentdə 4 nəfər ölüb, 20 nəfər yaralanıb - YENİLƏNİB - 3
Şəfa Hüseynli
Kahramanmaraşdakı Ayser Çalık Orta Məktəbində silahlı hücumu törədən 8-ci sinif şagirdi olub. Hadisəni törədəndən sonra silahlı hücum edən şagird özünü öldürüb.
Operativ Media xəbər verir ki, bu barədə Kahramanmaraş qubernatoru Mükerrem Ünlüer məlumat verib.
Bildirilib ki, hücum edən şəxsin atası keçmiş polis məmurudur.
"Şübhəsiz ki, o, atasının silahlarını götürüb. Hücum iki sinif otağında baş verib".- vali qeyd edib.
*** 15:50
Kahramanmaraşdakı Ayser Çalık Orta Məktəbində baş verən silahlı hücumda 1 müəllim və 3 şagird də daxil olmaqla 4 nəfər ölüb, 4-ü ağır olmaqla 20 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Kahramanmaraş qubernatoru Mükerrem Ünlüer məlumat verib.
*** 15:09
Türkiyənin Kahramanmaraş əyalətinin Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbində silah səsləri eşidilib.
Operativ Media xəbər verir ki, bu barədə "A Haber'' məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib.