Menyu

Türkiyədən Azərbaycana qanunsuz gətirilən zərgərlik məmulatları, dərman preparatları və siqaretlərin qarşısı alınıb

Operativ Media
Türkiyədən Azərbaycana qanunsuz gətirilən zərgərlik məmulatları, dərman preparatları və siqaretlərin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşının çamadanlarına və əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli cizgilər müşahidə olunduğundan əsaslı gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1200 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər