Menyu

Norveç və Ukrayna müdafiə əməkdaşlığı üzrə bəyannamələr imzaladı

Operativ Media
Norveç və Ukrayna müdafiə əməkdaşlığı üzrə bəyannamələr imzaladı

Norveçin Baş naziri Yonas Qar Styore Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra iki tərəfin müdafiə əməkdaşlığı haqqında bəyannamələr imzaladığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Ukrayna Norveçin xarici siyasətində əsas prioritet olaraq qalır.

Styore əlavə edib ki, Oslo Kiyevin müstəqillik uğrunda mübarizəsini və özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir. O qeyd edib ki, Ukrayna Norveç yardımının əsas alıcısıdır.

Baş nazir bunun birtərəfli addım deyil, qarşılıqlı əməkdaşlıq olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər