Avropa Komissiyası Ukraynaya 90 milyard avroluq yardımın ilk ödənişlərini təxirə saldı
Operativ Media
Avropa Komissiyası, Macarıstan və Slovakiyanın hələ də veto qoyduğu Ukraynaya 90 milyard avroluq maliyyə yardımı proqramı üzrə ilk ödənişlərin planını 2026-cı ilin ikinci yarısına qədər təxirə salıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Bala Uyvari Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Viktor Orbanın məğlubiyyətinin Ukrayna üçün nəzərdə tutulan 2026-2027-ci illər üzrə 90 milyard avroluq büdcə və hərbi maliyyələşdirmə proqramını sürətlə blokdan çıxarmağa imkan verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran nümayəndə bildirib: "Avropa Komissiyası bu proqram çərçivəsində ilk ödənişləri ikinci yarımil ərzində həyata keçirmək planına sadiq qalır".