Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzi Ginnesin Rekordlar Kitabına daxil edilib
Şəfa Hüseynli
Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzi rəsmi olaraq dünyanın ən böyük İslam Sivilizasiyası muzeyi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Operativ Media xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Kompleks təxminən 10 hektar ərazini əhatə edir, uzunluğu 161 metr, eni 118 metr, günbəzin hündürlüyü 65 metrdir və ümumi sahəsi 50 min kvadratmetrdən çoxdur.
Baş memar Abduqahhor Turdiyev qeyd edib ki, kompleksin memarlığı Özbəkistanın mədəni zənginliyini və dünyaya açıqlığını əks etdirir. Mərkəz artıq regionda ən çox ziyarət edilən mədəni və elmi məkanlardan birinə çevrilib və gündəlik 5000-ə qədər ziyarətçi cəlb edir.