Menyu

Ukrayna ordusu atəşkəsi 6 558 dəfə pozub

Operativ Media
Ukrayna ordusu atəşkəsi 6 558 dəfə pozub

Rusiya Müdafiə Nazirliyi Pasxa Bayramı münasibətilə elan edilən müvəqqəti atəşkəs dövründə Ukrayna ordusunun 6 558 dəfə atəşkəsi pozduğunu açıqlayıb.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Ortodoks Pasxa Bayramı münasibətilə 11 aprel saat 16:00-dan 12 aprel sonunadək Ukraynada atəşkəs elan edib.

Açıqlamada qeyd olunur ki, Rusiya ordusu atəşkəsə əməl edib, lakin Ukrayna qüvvələri dronlar və artilleriya vasitəsilə Rusiya mövqelərinə və sərhəd bölgələrindəki mülki hədəflərə hücumları davam etdirib. Xüsusilə Belgorod və Kursk bölgələrində hücumların olduğu bildirilir.

Ümumilikdə 6 558 atəşkəs pozuntusu qeydə alınıb. Bildirilir ki, gün ərzində cəbhə xətti boyunca hücumların intensivliyi müəyyən qədər azalıb.

Qeyd edək ki, Rusiya tərəfi ötən həftə Pasxa bayramı münasibətilə müvəqqəti atəşkəs elan etmişdi. Ukrayna tərəfi də qarşılıqlı şəkildə bu rejimə əməl edəcəyini bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl Rusiyaya Pasxa bayramı ilə bağlı atəşkəs çağırışı etmişdi.

Əlaqəli Xəbərlər