Menyu

"Axios": Vasitəçilər ABŞ-İran danışıqlarının yeni mərhələsini aprelin 21-dək keçirmək istəyirlər

Operativ Media
"Axios": Vasitəçilər ABŞ-İran danışıqlarının yeni mərhələsini aprelin 21-dək keçirmək istəyirlər

Misir, Pakistan və Türkiyədən olan vasitəçilər, mövcud ixtilafları aradan qaldırmaq və atəşkəs razılaşmasının müddəti bitənədək — aprelin 21-nə qədər sülh əldə etmək üçün yaxın günlərdə ABŞ və İranla yeni danışıqlar raundu təşkil etmək niyyətindədirlər.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Regional rəsminin sözlərinə görə, tərəflər arasında proses "tam çıxılmaz vəziyyətdə deyil". "Qapılar hələ bağlanmayıb, hər iki tərəf danışıqları davam etdirir", — deyə rəsmi şəxs qeyd edib.

Əlaqəli Xəbərlər