Menyu

Peruda prezident seçkiləri bir gün uzadılıb

Şəfa Hüseynli
Peruda prezident seçkiləri bir gün uzadılıb

Texniki nasazlıqlar səbəbindən ölkə daxilində və xaricdə on minlərlə Peru vətəndaşı prezident seçkilərində səs verə bilməyib.

Operativ Media xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Məlumata görə, hakimiyyət orqanları seçkiləri bir gün uzatmaq qərarına gəlib. Peru vətəndaşları növbəti prezidentinin kim olacağını bilmək üçün ən azı bazar ertəsi gününün sonuna qədər gözləməli olacaqlar. Logistik problemlər üzündən on minlərlə seçici bazar günü səs verə bilməyib.

Perunun son 10 ildə doqquzuncu prezidenti olmaq üçün 35 namizəd mübarizə aparır.

Səs vermək hüququ olan 27 milyon seçici var. Bunlardan təxminən 1,2 milyonu xaricdə, əsasən ABŞ və Argentinadan səs verir.

Əlaqəli Xəbərlər