Çin XİN: Hörmüz boğazında gəmiçiliyin azadlığı bütün dünyanın maraqlarına uyğundur
Operativ Media
Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti dünyanın bütün ölkələrinin maraqlarına cavab verir.
Operativ Media xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qo Szyakun ABŞ Prezidenti Donald Trampın sözügedən regionda gəmiçiliyin məhdudlaşdırılması ilə bağlı bəyanatını şərh edərkən bildirib.
"Hörmüz boğazı mal və enerji daşıyıcılarının logistikası üçün ən mühüm beynəlxalq ticarət marşrutudur. Orada təhlükəsizliyin, sabitliyin və maneəsiz gəmiçiliyin təmin edilməsi beynəlxalq birliyin maraqlarına uyğundur", - deyə o vurğulayıb.
Diplomat aidiyyəti tərəfləri təmkin nümayiş etdirməyə çağırıb və rəsmi Pekinin böhranın aradan qaldırılmasında "müsbət və konstruktiv rol oynamağa davam etmək" niyyətində olduğunu təsdiqləyib.