Menyu

Çin və Rusiya XİN rəhbərləri Pekində strateji məsələləri müzakirə edəcək

Operativ Media
Çin və Rusiya XİN rəhbərləri Pekində strateji məsələləri müzakirə edəcək

Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ikitərəfli münasibətlər və qlobal əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qo Szyakun Lavrovun 14-15 aprel tarixlərində Çinə planlaşdırılan səfərini şərh edərkən bildirib.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Çinə səfəri çərçivəsində hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin inkişafı, müxtəlif sahələrdə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər