Menyu

İran Hörmüz boğazında ABŞ və İsrail gəmilərinə tətbiq edilən qadağanı qüvvədə saxlayır

Operativ Media
İran Hörmüz boğazında ABŞ və İsrail gəmilərinə tətbiq edilən qadağanı qüvvədə saxlayır

ABŞ və İsrail ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə qoyulan qadağa qüvvədə qalır.

Operativ Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyanat verib.

İran dövlət teleradio şirkətinin məlumatına görə, o bildirib ki, düşmən gəmilərinin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq. Digər gəmilər isə İran İslam Respublikası Silahlı Qüvvələrinin müəyyən etdiyi qaydalara riayət etməklə boğazdan keçid icazəsinə sahib olmağa davam edəcəklər.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadasına başlayacağını elan etmişdi. ABŞ tərəfi İslam Respublikasının limanlarına gedən və ölkə sahillərindən ayrılan bütün gəmilərin hərəkətini blokadaya almaq niyyətindədir.

Əlaqəli Xəbərlər