Menyu

Ukrayna vətəndaşlarına Macarıstana səfər etməmək tövsiyəsini ləğv etdi

Operativ Media
Ukrayna vətəndaşlarına Macarıstana səfər etməmək tövsiyəsini ləğv etdi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa rəsmi Kiyevin öz vətəndaşlarına Macarıstana səfərlərdən çəkinməklə bağlı verdiyi tövsiyələri ləğv etdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu haqda nazir "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"Macarıstanda dünən seçki kampaniyasının başa çatması ilə əlaqədar Xarici İşlər Nazirliyi vətəndaşlara Macarıstana səfərlərdən çəkinməyi nəzərdə tutan ilkin tövsiyələri ləğv edir".

Sibiqa seçki nəticələrinin ikitərəfli münasibətlərin normallaşmasına gətirib çıxaracağına ümid etdiyini vurğulayıb: "Həmçinin ukraynalıları real gözləntilərə kökləmək istəyirəm. Qarşıda ortaq məxrəclərin tapılması üçün gərgin, praqmatik və təmkinli iş durur".

Xatırladaq ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi ukraynalılara qarşı "təxribat riski" olduğu üçün vətəndaşlarını Macarıstana getməməyə və parlament seçkilərinə müşahidəçi göndərməməyə çağırmışdı.

Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Peter Madyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyası qələbə qazanıb. Ölkənin Milli Seçki Bürosunun məlumatına görə, müxalifət partiyası birpalatalı parlamentdəki (Dövlət Məclisi) 199 yerdən 138-ni əldə edib. Baş nazir Viktor Orban rəhbərlik etdiyi "FİDES - Macar Vətəndaş Birliyi" partiyasının məğlubiyyətini etiraf edib.

Əlaqəli Xəbərlər