Menyu

İstanbulda mikroavtobus və minik avtomobili toqquşub: 1 nəfər ölüb

Şəfa Hüseynli
İstanbulda mikroavtobus və minik avtomobili toqquşub: 1 nəfər ölüb

Türkiyənin İstanbul əyalətinin Bayrampaşa rayonunda mikroavtobusla  minik avtomobilinin toqquşması nəticəsində bir uşaq həlak olub, altı nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Hadisə zamanı mikroavtobus aşıb və yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində yük maşınında olan dörd nəfər, o cümlədən biri uşaq və avtomobildə olan üç nəfər xəsarət alıb. Məlumatdan sonra hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadaları göndərilib.

Tibbi yardım qrupları tərəfindən müalicə edildikdən sonra yaralılar təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Ağır yaralanan uşağı tibbi müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.

Əlaqəli Xəbərlər