Menyu

Macarıstanın yeni baş naziri 30 gün ərzində seçiləcək

Operativ Media
Macarıstanın yeni baş naziri 30 gün ərzində seçiləcək

Macarıstan Prezidenti Tamaş Şuyok Budapeştdə, Milli Seçki Bürosunun qərargahında çıxış edərək bildirib ki, 12 apreldə keçirilən seçkilərdən sonra yeni tərkibli parlamentin ilk sessiyası 30 gün ərzində baş tutacaq.

Operativ Media xəbər verir ki, həmin iclasda ölkənin baş naziri seçiləcək.

Prezident qeyd edib ki, seçkilərin rəsmi nəticələri açıqlandıqdan sonra Dövlət Məclisinə (birpalatalı parlament) daxil olan bütün partiyaların liderləri ilə məsləhətləşmələr aparacaq. Şuyokun sözlərinə görə, hökumətin formalaşdırılması ilə bağlı təklif ölkə konstitusiyasına və siyasi ənənələrinə uyğun olaraq irəli sürüləcək.

Dövlət başçısı parlament seçkilərinin qayda pozuntusu olmadan keçdiyini vurğulayaraq, rekord həddə olan seçici fəallığını Macarıstan demokratiyasının yetkinlik göstəricisi kimi qiymətləndirib. Milli Seçki Bürosunun son məlumatlarına görə, məntəqələrin bağlanmasına yarım saat qalmış seçici fəallığı 77,8% təşkil edib. Bu isə səsvermə hüququ olan 5,8 milyondan çox insanın seçkilərdə iştirak etməsi deməkdir.

Tamaş Şuyok bildirib ki, seçkilərin nəticəsindən asılı olmayaraq, səsvermənin yekunu Macarıstanın növbəti dövrdə izləyəcəyi kursun seçilməsində qanuni səlahiyyət qüvvəsinə malik olacaq. O, həmçinin xatırladıb ki, bazar günü yalnız ilkin nəticələr elan edilə bilər, seçkilərin yekunları isə bir qədər sonra rəsmiləşəcək. Qanunvericiliyə əsasən, poçt vasitəsilə göndərilən səslərin hesablanması aprelin 18-dək davam edəcək.

Əlaqəli Xəbərlər