SEPAH: Hörmüz boğazına hərbi gəmilərin yaxınlaşması atəşkəsin pozulması kimi qiymətləndiriləcək
Operativ Media
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH – İran Silahlı Qüvvələrinin elit bölməsi) hərbi gəmilərin Hörmüz boğazına yaxınlaşmasını atəşkəs rejiminin pozulması kimi dəyərləndirəcək.
Operativ Media xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilir.
"Fars" agentliyinin dərc etdiyi mətndə deyilir: "İstənilən hərbi gəminin hansısa bəhanə ilə Hörmüz boğazına yaxınlaşmaq niyyəti atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək və bunun qarşılığı sərt cəza ilə veriləcək". SEPAH həmçinin vurğulayıb ki, boğaz "xüsusi qaydalara uyğun olaraq mülki gəmilərin təhlükəsiz keçidi üçün açıqdır".