Menyu

Cənubi Afrika Respublikası G20 fəaliyyətini ilin sonunadək dayandırıb

Operativ Media
Cənubi Afrika Respublikası G20 fəaliyyətini ilin sonunadək dayandırıb

Cənubi Afrika Respublikası (CAR), G20-yə sədrlik edən ABŞ-nin CAR nümayəndələrinə qarşıdakı görüşlər, o cümlədən sammit üçün akkreditasiya verməkdən imtina etməsi səbəbindən ilin sonunadək "Böyük İyirmilik"dəki fəaliyyətinə fasilə verib.

Operativ Media xəbər verir ki, bu barədə CAR-ın maliyyə naziri Inok Qodonqvana Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iclaslarında iştirak etmək üçün Vaşinqtona yola düşməzdən əvvəl məlumat verib.

"Bloomberg" agentliyinin məlumatına görə, Maliyyə naziri bildirib: "CAR G20-nin üzvüdür, lakin ABŞ bizə akkreditasiya verməyib. Bu o deməkdir ki, CAR cari il ərzində G20-nin iclaslarında iştirak etməyəcək. Biz bu il G20-dən 'məzuniyyət' götürmək və qrupa Böyük Britaniyanın sədrliyi dövründə qayıtmaq qərarına gəldik". Londonun 2026-cı ilin sonunda G20 sədrliyini Vaşinqtondan təhvil alacağı gözlənilir.

ABŞ 2025-ci il dekabrın 1-dən bu postda CAR-ı əvəz edərək G20-yə sədrlik edir. ABŞ Prezidenti Donald Tramp CAR-da ağdərili azlığa qarşı soyqırımın baş verdiyi iddiası ilə bu ölkənin G20-də iştirakının məqsədəuyğunluğunu sual altına qoyub. O, həmçinin G20 sammitinin 2026-cı ildə Floridada keçiriləcəyini və CAR nümayəndə heyətinin oraya dəvət edilməyəcəyini bildirib. Yerli SABC radiostansiyasının məlumatına görə, ABŞ öz sədrliyi dövründə CAR-ı Polşa ilə "əvəz etmək" və Polşa nümayəndə heyətini sammit də daxil olmaqla qurumun əsas tədbirlərinə dəvət etmək niyyətindədir.

Əlaqəli Xəbərlər