Putin ilə Pezeşkian arasında telefon danışığı olub
Operativ Media
Vladimir Putin və Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Pezeşkian, Putini və Rusiyanın pravoslav xristianlarını Pasxa münasibətilə təbrik edib.
Tərəflər Yaxın Şərqdəki son vəziyyəti ətraflı müzakirə ediblər.
İran prezidenti aprelin 11-də İslamabad şəhərində keçirilən İran–ABŞ danışıqlarına dair fikirlərini bölüşüb.
Vladimir Putin isə Rusiyanın regionda uzunmüddətli və ədalətli sülhün təmin olunması istiqamətində vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Pezeşkian Rusiyanın, o cümlədən beynəlxalq platformalarda gərginliyin azaldılmasına yönəlmiş mövqeyini yüksək qiymətləndirərək təşəkkürünü bildirib.