Menyu

İran müharibədə ölənlərin sayını açıqlayıb

Operativ Media
İran müharibədə ölənlərin sayını açıqlayıb

ABŞ və İsraillə son müharibə zamanı İranda ölən 3 375 nəfərin şəxsiyyəti müəyyənləşib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani məlumat verib.

Onlardan 2 875-i kişi, 496-sı isə qadındır. Ölənlər arasında 7 nəfər (2,1 faiz) bir yaşdan aşağı, 255 nəfər (7,55 faiz) 1–12 yaş, 121 nəfər (3,58 faiz) isə 13–18 yaş aralığındadır. Həyatını itirənlərdən 1 761 nəfəri (52,18 faiz) 19–40 yaş, 906 nəfəri (26,84 faiz) 41–60 yaş aralığında, 223 nəfəri (6,61 faiz) isə 61 yaşdan yuxarıdır.

Müharibədə ölənlər arasında Əfqanıstan, Suriya, Türkiyə, Pakistan, Çin, İraq və Livan vətəndaşlarının da olduğu qeyd edilib.

Əlaqəli Xəbərlər