Əməkhaqqı və sosial ödənişlərin artımı nə qədər vətəndaşı əhatə edəcək?
Redaksiya
2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.
"Operativ Media" Vergilər qəzetinə istinadən xəbər verir ki, bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
Qeyd olunur ki, 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. Ötən il minimum əmək haqları 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Həmçinin minimum pensiya məbləği 20 faiz, sosial müavinətlər və Prezident təqaüdləri 26 faiz artırılıb. Bundan əlavə, aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib.
2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Teqlər:
"Əməkhaqqı və sosial ödənişlərin artımı nə qədər vətəndaşı əhatə edəcək?"