İsrailin Nyu-Yorkdakı baş konsulu istefa verib
Nərmin Qocamanlı
İsrailin Nyu-Yorkdakı baş konsulu Asəf Zamir, baş nazir Benyamin Netanyahunun hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı çıxan müdafiə naziri Yoav Gallantı işdən çıxarmasından sonra istefa verib.
"Operativ Media" xəbər verir ki, digər tərəfdən, İsrail mediası ölkədəki universitetlərin növbəti xəbərdarlığa qədər ölkə daxilində tətil elan etdiyini açıqlayıb.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü axşam mübahisəli məhkəmə tənzimləməsinə son qoymağa çağıran müdafiə naziri Yoav Gallantı istefaya göndərib.
İsraildə on minlərlə nümayişçi Təl-Əviv, Qərbi Qüds, Hayfa və Netanya kimi böyük şəhərlərdə hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı küçələrdə etirazlarını davam etdirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net